“Lənkəran xanının vəziri” İsveç səhnəsində

 

Milli Dram Teatrının kollektivi səfərdən qayıdıb

  

   Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı İsveçdə qastrol səfərində olub.

   Ölkəmizin İsveçdəki səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə gerçəkləşən səfər zamanı kollektiv mayın 27-də Stokholmda yerləşən Södra Teatrında milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin pyesi əsasında Vaqif İbrahimoğlunun quruluş verdiyi “Lənkəran xanının vəziri” tamaşasını təqdim edib. Səhnə əsərinin quruluşçu rəssamı Rəşid Şerif, bəstəkarı Siyavuş Kərimidir. Rolları xalq artistləri Nurəddin Mehdixanlı, əməkdar artistlər Cəfər Namiq Kamal, Sabir Məmmədov, Kazım Həsənquliyev, Elxan Quliyev, Əli Nur, Mirzə Ağabəyli, Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Firuz Xudaverdiyev, Şəlalə Şahvələdqızı, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, İlahə Həsənova, Aslan Şirinov, Elnar Qarayev, Mətləb Adbullayev, Rəşad Bəxtiyarov, Vüsal Mustafayev, Nigar Güləhmədova və Ramin Şıxəliyev oynayırlar.

 

Mədəniyyət.- 2013.- 5 iyun.- S. 7.